"Vaxtımız az qalıb"

30 İyul 2023 02:30 Həndbol 541
"Vaxtımız az qalıb"

Azərbaycan millisinin voleybolçusu Kristina Besman federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Avropa çempionatında qrupdan çıxmaq üçün əllərindən gələni edəcəklərini deyib:

Avropa çempionatı öncəsi toplarla yanaşı, fiziki və taktiki məşqlərimizi də tam ciddi şəkildə davam etdiririk. Meydanda bir-birimizlə daha yaxşı anlaşmaq üçün fərqli taktikalar üzərində çalışırıq.

Bosniya və Herseqovinada üç yoldaşlıq matçı keçirdik. Bu oyunlar hazırlıq prosesində daha çox nələrə diqqət ayırmalı olduğumuzu göstərdi.

Məşqlərdə bunlar üzərində çalışmaq üçün qısa vaxtımız var. Hazırda Bakıdayıq və burada da yoldaşlıq oyunlarımız olacaq.

Bu qarşılaşmalarda həmin çalışmaların nə dərəcədə yaxşı alındığını da yoxlaya biləcəyik.

Avropa çempionatına az vaxt qalıb və biz ciddi şəkildə hazırlığa davam edirik. Daha yaxşı oynayıb qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik".

Avropa çempionatın avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyada keçiriləcək.

Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti