Bakıdakı AÇ-yə hazırlığı davam etdirir - Azərbaycan millisi

29 İyul 2023 00:20 Həndbol 328
Bakıdakı AÇ-yə hazırlığı davam etdirir - Azərbaycan millisi

17 yaşadək qızlardan ibarət həndbol üzrə Azərbaycan milli komandası avqustun 5-dən 13-dək Bakıda keçiriləcək Avropa çempionatına hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, hazırlıq prosesi baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasovanın rəhbərliyi ilə aparılır.

Gündə 1 dəfə olmaqla, hər gün “AHF Arena”da təşkil olunan məşqlər hazırda taktiki-texniki istiqamətdə aparılır.

Azərbaycan millisi Avropa çempionatının A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.

B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti