Azərbaycanın 3 klubu avrokuboklarda yarışacaq

12 İyul 2023 03:00 Həndbol 1 377
Azərbaycanın 3 klubu avrokuboklarda yarışacaq

Azərbaycanın qadınlardan ibarət üç həndbol komandası 2023/2024 mövsümündə Avropa Kubokunda çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, “Azəryol”, “Qarabağ” və "Kür" qitə yarışında mübarizə aparacaq.

Bütün kollektivlər 1/32 final mərhələsindən turnirə qoşulacaq. Bu raundun püşkü iyulun 18-də Avstriyanın paytaxtı Vyanada atılacaq. Tədbir Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

1/32 final mərhələsinin ilk oyunları 23-24 sentyabrda, cavab qarşılaşmaları 30 sentyabr-1 oktyabrda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?