Sloveniya, Litva, Gürcüstan, Bosniya - Azərbaycan millisinin rəqibləri

29 May 07:30 Həndbol 386
Sloveniya, Litva, Gürcüstan, Bosniya - Azərbaycan millisinin rəqibləri

17 yaşadək qız həndbolçuların AVRO-2023 üçün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən püşkatma zamanı Avropa çempionatına vəsiqə qazana bilməyən komandaların öz aralarında keçirəcəkləri turnir (EHF çempionatı) üçün də püşkatma olub.

Azərbaycanın U-17 qızlar komandasının da rəqibləri bəlli olub.

Millimiz A qrupunda Sloveniya, Litva, Gürcüstan, Bosniya və Herseqovina ilə qarşılaşacaq.
B qrupunda isə Farer adaları, İspaniya, Lüksemburq, Yunanıstan və İsrail yarışacaq.

Turnirin bütün oyunları 5-13 avqust tarixlərində Azərbaycanda keçiriləcək.

Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!