Azərbaycan millisi dünya çempionatına məğlubiyyətlə başladı

26 Aprel 2023 02:00 Həndbol 827
Azərbaycan millisi dünya çempionatına məğlubiyyətlə başladı

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında start götürən dördüncü dünya çempionatında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, "D" qrupunda yer alan yığma ilk turda ev sahibləri ilə qarşılaşıb.

Görüş 30:19 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Azərbaycan seçməsi qrupda növbəti matçını Nigeriyaya qarşı keçirəcək.

Mundiala aprelin 30-da yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?