Azərbaycan millisi Bolqarıstan və Nigeriya ilə qarşılaşacaq

11 Mart 2023 22:40 Həndbol 671
Azərbaycan millisi Bolqarıstan və Nigeriya ilə qarşılaşacaq

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin inkişaf etməkdə olan ölkələrin turnirində rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil qərargahında keçirilən püşkatma mərasimində yığma D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.

Püşkün nəticəsinə əsasən, iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla 4 qrupa bölünüb. Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.

Yarış 25-30 aprel aralığında Bolqarıstanın Varna şəhərində keçiriləcək.

A qrupu: Malta, Andorra, Hindistan

B qrupu: Kipr, Moldova, Avstraliya

C qrupu: Böyük Britaniya, Kuba, Qvatemala

D qrupu: Azərbaycan, Bolqarıstan, Nigeriya

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?