Azərbaycan yığmasının Bakıdakı Avropa çempionatında rəqibləri

5 Mart 2023 09:00 Həndbol 413
Azərbaycan yığmasının Bakıdakı Avropa çempionatında rəqibləri

Bu il Bakıda keçiriləcək 17 yaşlı qız həndbolçular arasında Avropa çempionatının püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada təşkil edilən mərasimdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Yığma Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstanla birlikdə A qrupunda mübarizə aparacaq.

B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları seçmələri qüvvələrini sınayacaq.

Avropa çempionatı 5 - 13 avqustda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti