Azərbaycan yığması Böyük Britaniyaya uduzdu - FOTOLAR

14 Yanvar 2023 23:20 Həndbol 458
Azərbaycan yığması Böyük Britaniyaya uduzdu - FOTOLAR

Bakıda təşkil olunan həndbol üzrə 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində ikinci turun oyunları keçirib.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışın növbəti günündə əvvəlcə Kipr və Malta üz-üz gəlibr.

İlk turda Böyük Britaniya ilə oyundan heç-heçə ilə ayrılan Kiprı bu görüşdə qələbə qazanıb – 47:26.

Günün ikinci oyununda Azərbaycan millisi Böyük Britaniya ilə qarşılaşıb. Turnirə Malta üzərində qələbə ilə başlayan komandamız bu görüşdə də etimadı doğrultmaq əzmində idi.

Gərgin mübarizə ilə yadda qalan oyunun ilk hissəsi britaniyalıların 16:8 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra vəziyyəti dəyişə bilməyən həndbolçularımız uduzub - 39:22.

Gənclər və idman naziri Fərid Qayıbov və AHF-nin vitse-prezidenti Orxan Abbasov tərəfindən görüşün ən yaxşı oyunçularına xüsusi mükafatlar təqdim olunub.

Turnirə sabah yekun vurulacaq. Saat 12:45-də Böyük Britaniya - Malta görüşü başlanacaq. Saat 15:00-da isə Kipr və Azərbaycan komandaları meydançaya çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"