Avropa çempionatının təsnifat oyunları Bakıda - FOTO

7 Yanvar 2023 02:40 Həndbol 459
Avropa çempionatının təsnifat oyunları Bakıda - FOTO

Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək.

Sportinfo.az xəbər verir ki, seçmə mərhələsinin oyunları 13-15 yanvarda Bakı İdman Sarayında baş tutacaq.

Turnirdə Azərbaycan millisi ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta kollektivləri da mübarizə aparacaqlar.

Yığma ilk oyununu yanvarın 13-də Malta seçməsinə qarşı keçirəcək. Növbəti görüş bir gün sonra Böyük Britaniya millisi ilə olacaq.

Hər iki qarşılaşma saat 17:00-da başlayacaq. Azərbaycan millisi turnirdəki son matçına isə yanvarın 15-də çıxacaq. Kipr yığması ilə qarşılaşmanın başlama saatı 15:00-dır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!