Portuqaliyalı baş məşqçi Azərbaycan millisini dərindən təhlil edəcək

1 Noyabr 2022 01:00 Həndbol 419
Portuqaliyalı baş məşqçi Azərbaycan millisini dərindən təhlil edəcək

"Rəqibi dərindən təhlil edəcək, qarşımızda duran problemlərə ən yaxşı cavabı verəcək taktiki aspektləri işləyib hazırlayacağıq".

Sportinfo.az xəbər verir ki, bunu qadın həndbolçulardan ibarət Portuqaliya milli komandasının baş məşqçisi Xose Antoniu Silva Azərbaycana qarşı keçirəcəkləri 2023-cü il dünya çempionatının Avropa zonası üzrə ilkin seçmə mərhələ matçı barədə yerli mətbuata açıqlamasında deyib.

Portuqaliyalı mütəxəssis bildirib ki, strategiyanı müəyyən etdikdən sonra oyun modelini Çingiz Əzimovun baş məşqçi olduğu kollektivə uyğunlaşdırmağa çalışacaqlar:

"Artıq həndbolçularımızda rəqib oyunçular haqqında müəyyən təsəvvürlər var. Lakin dediyim kimi, yaxın günlərdə Azərbaycan seçməsini daha ətraflı analiz edəcəyik".

Portuqaliya 4 gündür Azərbaycanla oyuna hazırlığı davam etdirir. Komandalar arasında görüşlər noyabrın 3-ü və 5-də Paredes şəhərinin "Multiusos de Paredes" arenasında təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti