Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli oldu

21 Oktyabr 2022 01:20 Həndbol 546
Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli oldu

Sportinfo.az xəbər verir ki, 2022/2023 mövsümündə həndbol üzrə Azərbaycan çempionatlarında iştirak edəcək komandalar bəlli olub.

Kişilərin mübarizəsində "Bakı", "Təhsil", "Məhsul", "İdman Akademiyası", "Dinamo", RİOEUGİM və U-16, qadınların yarışında "Azəryol", "Qarabağ", "İdman Akademiyası", "Azərsu" və U-16 medallar uğrunda mübarizə aparacaq.

Bundan əlavə, XXIX ölkə çempionatının püşkatma mərasimi də keçirilib. Tədbirdə federasiyanın məsul işçiləri və komandaların baş məşqçiləri iştirak ediblər.

Əvvəlcə yarışın direktoru İsgəndər Əsgərov mövsümün noyabrın 12-dən aprelin 30-dək “AHF Arena”da baş tutacağını bildirib.

O, yarışın dairəvi üsulla dörd dövrədən ibarət olacağını diqqətə çatdırıb. Həmçinin çempionatın reqlamenti, qaydalardakı son dəyişikliklər, oyun cədvəli və digər məsələlər barədə məlumat verilib.

Digər Xəbərlər
Xəbər Lenti