Avropa çempionatı Bakıda keçiriləcək

26 Sentyabr 2022 02:00 Həndbol 812
Avropa çempionatı Bakıda keçiriləcək

Lüksemburqda Avropa Həndbol Federasiyasının 16-ci konfransı və 15-ci konqresinə start verilib.

Sportinfo.az xəbər verir ki, tədbirlərdə ölkəmizi Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edir.

3 gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırki durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri, eyni zamanda, 2023-cü ildə qızlar arasında Avropa çempionatlarının təşkil olunacağı yerlərin seçilməsi və digər məsələlər müzakirə olunur.

Bununla yanaşı Avropa Həndbol Federasiyasının İcraiyyə Komitəsinin iclası da keçirilib.

İclasda 2005-ci il təvəllüdlü qızlar arasında Avropa çempionatının 2023-cü ildə Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Digər Xəbərlər
Xəbər Lenti