Azərbaycan millisinin oyunçusu koronavirusa yoluxdu

7 Avqust 2022 23:00 Həndbol 984
Azərbaycan millisinin oyunçusu koronavirusa yoluxdu

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Mədinə Musayeva koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə qapıçının özü açıqlama verib.

O bildirib ki, avqustun 3-də verdiyi COVID-19 testinin nəticəsi müsbət çıxıb. Həndbolçu bu səbəbdən yığma ilə birlikdə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına yollana bilməyib.

Musayeva sonradan 3 ayrı ekspress testdən keçib və nəticələr mənfi olub. Buna baxmayaraq, o, hələ də karantində olduğunu söyləyib.

Musayevada həqiqətən koronavirus aşkarlanıb və o, qaydalara görə, avqustun 9-da yenidən test verməlidir. Həmin analizin nəticəsi mənfi çıxsa, həndbolçu Konyaya yollanaraq, milli komandaya qoşula biləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!