"Azərbaycan yaxın gələcəkdə Avropada öz sözünü deyəcək"

14 İyul 2022 09:20 Həndbol 980
"Azərbaycan yaxın gələcəkdə Avropada öz sözünü deyəcək"

"Ümid edirəm ki, Azərbaycan həndbolu yaxın gələcəkdə Avropada öz sözünü deyəcək".

Sportinfo.az xəbər verir ki, bunu həndbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nasser Salimi deyib.

İranlı mütəxəssis Konya-2021 V İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək komandanın hazırlığını yüksək qiymətləndirib:

"Azərbaycan yığması sürətlə inkişaf edir. Bütün istiqamətlər üzrə - həm fiziki, həm taktiki, həm də texniki hazırlığı artırmaq üçün məşq edirik.

İslamiadadakı rəqiblərimiz güclü olsa da, onlara qarşı layiqli çıxış etməyə çalışacağıq".

V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda keçiriləcək. “B” qrupunda yer alan Azərbaycan komandası Türkiyə və İranla üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı