Azərbaycanı məğlub etmək üçün..." - Portuqaliyalı baş məşqçi

1 İyul 2022 00:40 Həndbol 717
Azərbaycanı məğlub etmək üçün..." - Portuqaliyalı baş məşqçi

"Ən çətin rəqiblərdən biri ilə düşdük. Azərbaycan həndbolda ənənəsi olan ölkədir".

Sportinfo.az xəbər verir ki, bunu qadın həndbolçulardan ibarət Portuqaliya millisinin baş məşqçisi Joze Antonio Da Silva dünya çempionatının I təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Mütəxəssis bildirib ki, onları Bakıya uzaq səfər və ağır oyun gözləyir:

"Rəqibin kim olduğunu bildiyimiz üçün onu dərindən təhlil edəcəyik. Azərbaycanı məğlub etmək və beynəlxalq arenada yerimizi möhkəmləndirmək üçün ən yaxşı həll yollarını tapmağa çalışacaq, həndbolumuzun yaxşı mərhələdən keçdiyini təsdiq edəcəyik".

Azərbaycan millisi ilk oyununu noyabrın 2-si və ya 3-də Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti