Azərbaycanlı federasiya prezidenti danışıqlar aparmaq üçün bu ölkəyə getdi - FOTOLAR

9 İyun 2022 01:00 Həndbol 1 112
Azərbaycanlı federasiya prezidenti danışıqlar aparmaq üçün bu ölkəyə getdi - FOTOLAR

Azərbaycan Həndbol Federasiyasının (AHF) rəhbərliyi Avstriyanın paytaxtı Vyanada səfərdədir.

Sportinfo.az xəbər verir ki, AHF-in prezidenti Saleh Məmmədov, I vitse-prezidenti Orxan Abbasov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişi bu gün EHF-in prezidenti Mixael Viderer və baş katibi Martin Hausleytner ilə görüşüb.

Qitə həndbol qurumunun baş ofisində keçirilmiş görüşdə Azərbaycan həndbolunun inkişaf istiqaməti, qarşılıqlı əmkdaşlıq, beynəlxalq yarışların keçirilməsi, uşaq həndbolunun inkişaf etdirilməsi, gənc hakimlərin yetişdirilməsi, məşqçilərin beynəlxalq seminarlarda iştirakı, həmçinin, EHF-də fəaliyyət göstərən komisiyalarda təmsilçilik müzakirə olunub.

Sabah davam etdiriləcək görüşdə digər məsələlər də müzakirə ediləcək.

Görüş zamanı Azərbaycan həndbolundan bəhs edən videoçarx da nümayiş olunub, nümayəndə heyətimiz tərəfindən AHF prezidentinə hədiyyələr təqdim edilib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?