Azərbaycan avrokuboklarda yeni komanda ilə təmsil olunacaq. Sportinfo.az xəbər verir ki, qadın həndbolçulardan ibarət “Nur” qitə miqyaslı turnirdə iştirak edəcək.
Mingəçevir təmsilçisi EHF kubokunda qüvvəsini sınayacaq. “Nur” Avropadakı debüt mövsümünə I təsnifat mərhələsindən başlayacaq.
Ümumilikdə isə yarışda 48 komanda çıxış edəcək. Onlardan 28-i I, 16-sı II, 4-ü III təsnifat mərhələsindən turnirə qatılacaq.

