Yığma Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşır - FOTOLAR

30 Aprel 2022 03:00 Həndbol 898
Yığma Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşır - FOTOLAR

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi mayın 20-də Kosovoda start götürəcək Avropa çempionatının II təsnifat mərhələsi üçün təlim-məşq toplanışına başlayıb.

Sportinfo.az xəbər verir ki, üç gün davam edəcək yarışın hazırlıq prosesinə 14 voleybolçu cəlb olunub.

Toplanışa baş məşqçi Eldar Əliyev rəhbərlik edir. Ona Akif Vəliyev, Fərid Cəlalov və Ruslan Motorin kömək edirlər.

Bakıda təşkil olunan təlim-məşq toplanışı “Murov” Voleybol Klubunun və “Sərhədçi” Olimpiya İdman Mərkəzinin idman zallarında keçiriləcək.

Azərbaycan yığması AVRO-2022-nin təsnifat oyunlarında E qrupunda Kosovo, Niderland və Slovakiya ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?