İranlı baş məşqçi Azərbaycan yığmasında

14 Aprel 2022 14:20 Həndbol 1 215
İranlı baş məşqçi Azərbaycan yığmasında

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinə iranlı baş məşqçi təyin olunacaq.

Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, yığma Nasser Salimiyə tapşırılacaq.

Mütəxəssis komandanı Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına hazırlaşdıracaq.

Bir müddət əvvəl Bakıda olan baş məşqçi idmançılarla və şəraitlə tanış olub. Mayın 1-də onunla müqavilə imzalanacağı gözlənilir.

Azərbaycan millisinin baş məşqçisi Hikmət Abdullayev 2019-cu ildə ürək tutmasından vəfat etmişdi. V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı