Federasiyadan narazı olan oyunçular Azərbaycan millisinə qaytarıldı

14 Aprel 2022 01:10 Həndbol 1 121
Federasiyadan narazı olan oyunçular Azərbaycan millisinə qaytarıldı

Azərbaycan Həndbol Federasiyasından narazı olan həndbolçular yenidən milli komandaya qayıdıb .

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında yığmanın üzvü Cavid İsmayılov bildirib.

Oyunçu artıq bir aya yaxındır məşqlərə başladıqlarını söyləyib:

"Gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə görüşümüz oldu. Bizi xoş qarşıladı və problemlərimizin hamısını həll etdi".

Hələlik U-16 komandasında yer alan İsmayılov mövsümün sonunda yeni klubunun adına aydınlıq gələcəyini sözlərinə əlavə edib.

Narazı həndbolçular 2021-ci ilin noyabrında yığmadan qovulmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?