Bu da “Neftçi”dən növbəti...

19 Mart 2022 03:00 Həndbol 506
Bu da “Neftçi”dən növbəti...

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, tur çərçivəsində iki matç baş tutub.

Hər iki görüş “Murov” voleybol klubunun idman zalında təşkil olunub. Öncə mükafatlar uğrunda mübarizə aparan “Neftçi” və MOİK meydana çıxıb

İlk seti MOİK öndə tamamlasa da, bundan artığına gücü çatmayıb. Nəticədə “Neftçi” 3:1 hesablı qələbəyə sevinib.

Tura liderin qarşılaşması ilə yekun vurulub. “Murov” autsayderlər zonasında qərarlaşan “Ekspress”i sınağa çəkib.

Gözlənildiyi kimi, cütün favoriti rəqibi qarşısında çətinlik çəkməyib. Hər üç setdə “Ekspress”ə şans verməyən “Murov” liderliyini qoruyub.

MOİK - “Neftçi” – 1:3 (25:22, 23:25, 23:25, 12:25)
“Murov” Voleybol Klubunun idman zalı

“Murov” - “Ekspress” - 3:0 (25:13, 25:12, 25:22)
“Murov” Voleybol Klubunun idman zalı

1

Murov

9

8

1

25-7

783-598

23

2

Neftçi

9

7

2

24-7

742-562

22

3

MOİK

8

5

3

16-11

619-580

15

4

Ekspress

9

2

7

6-21

467-652

6

5

Sərhədçi

9

0

9

2-27

509-728

0

Digər Xəbərlər
Xəbər Lenti