“Gələcəkdə idmana yenilik gətirmək istəyirlərsə, onlarla çalışa bilərik"

6 Fevral 2022 03:00 Həndbol 564
“Gələcəkdə idmana yenilik gətirmək istəyirlərsə, onlarla çalışa bilərik"

“Mən yenidən bu posta təyin olunmağıma görə ölkə prezidenti İlham Əliyevlə minnətdarlığımı bildirirəm.

Həmçinin gənclər və idman naziri və həndbol Federasiyasının üzvlərinə və idmançılara təşəkkür edirəm.

Qarşıdakı illər ərzində bu idman növünün görkəmli yer tutması üçün əlimdən gələni edəcəm".

Sportinfo.az xəbər verir ki, bunu yenidən Azərbaycan Həndbol Federasiyasının (AHF) prezidenti seçilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O, federasiya ilə bağlı idmançıların narazılığına da toxunub: "Həndbolla məşğul olan idmançılar bilməlidir ki, Azərbaycanda ilk dəfə 1955-ci ildə həndbol komandası yaradılıb.

Özü də hərbçilər arasında yaradılıb. Bu ənənə bu günə qədər davam etdirilir. Azərbaycanda güclü kişi həndbolçular olub.

Hazırda da ölkəmizdə 6 kişi həndbol komandası fəaliyyət göstərir. Biz gənclərə böyük yer verməliyik.

İdmanın yaşaması üçün gənclər böyük rol oynamalıdır. Bu üzdən 6 nəfər yaş həddinə görə, idmandan kənarlaşdırılıb. Gələcəkdə idmana yenilik gətirmək istəyirlərsə, onlarla çalışa bilərik".

Saleh Məmmədov əlavə edib ki, qadın həndbolu keçmişdə həmişə yüksəkdə olub:

"Çalışacam ki, qarşıdakı İslam Həmrəyliyi Oyunlarında həm qadın, həm də kişi komandası iştirak etsin və medalçılar sırasına düşsünlər".

Prezident ölkə çempionatının keçirilib-keçirilməməsini koronavirus pandemiyası ilə bağlı yaranmış məhdudiyyətlərin aradan qaldırılıb-qaldırılmasından asılı olacağını söyləyib:

"Tezliklə İdarə Heyətinin toplantsı olacaq. Orada gələcək planlar və çempionat müzakirə olunacaq".

Digər Xəbərlər
Xəbər Lenti