Köhnə-yeni prezident: “Onlar şəxsən mənə müraciət etməyib" - FOTOLAR

3 Fevral 2022 22:40 Həndbol 1 009
Köhnə-yeni prezident: “Onlar şəxsən mənə müraciət etməyib" - FOTOLAR

Azərbaycan Həndbol Federasiyasının (AHF) ümumi yığıncağı keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Azərbaycan Həndbol Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və rəhbərliyə yeni seçkilər keçirilib. Saleh Məmmədov yenidən Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.

S.Məmmədov 2016-cı il dekabrın 1-dən AHF-ə rəhbərik edir.

Yığıncaqda həmçinin Orxan Abbasov və Rəfiqə Şabanova federasiyanın vitse-prezidentlər seçiliblər.

Konfransda Həndbol Federasiyası İdarə Heyətinə də seçkilər keçirilib. İsgəndər Əsgərov, Ernest Ağakişi, Vaqif Əliyev, Ələkbər Ağakişiyev, Lyudmila Şubina və Vidadi Əliyev İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin prezidenti Çingiz Hüseynzadə çıxış edib. Yığıncaqdan sonra federasiya prezidenti Saleh Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

"Həndbolla məşğul olanlar bilməlidir ki, Azərbaycanda ilk dəfə həndbol komandası 1955-ci ildə yaradılıb".

Saleh Məmmədov deyib ki, həmin vaxt ölkədə qadınlar bu növlə məşğul olmayıb:

"Azərbaycanda görkəmli kişi həndbolçular olub. Onlar həmişə uğurlar qazanıb. Bu gün ölkədə 6 kişi, 4 qadın komandası var".

S.Məmmədov kişi həndbolçulardan bir neçəsinin narazılığı və onların cəzalandırılmaları barədə qərarı şərh edib:

"6 idmançı təcrid edilib. Onlar peşəkar yox, həvəskarlardır. İdmanda yaş həddi də var. Yaş həddi uyğun gəlmədiyi üçün Şura üzvləri tərəfindən xaric ediliblər.

Gələcəkdə onlarla başqa cür əməkdaşlığa hazırıq. Yenilikçiləri qəbul etməyə hazırıq. Onlar şəxsən mənə müraciət etməyiblər".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"