
Azərbaycanın qadın həndbolçulardan ibarət “Azəryol” Avropa kubokunda mübarizə aparıb.
Sportinfo.az xəbər verir ki, avrokubokların 2021/22 mövsümündəki yeganə təmsilçimiz II raundda Yunanıstanın “AEP Panorama” klubu ilə üz-üzə gəlib.
Duel Bakı klubu üçün uğursuz alınıb. Hər iki görüşü Salonikidə keçirən həndbolçularımız yarışla startdaca vidalaşıblar.
İlk matçda “AEP Panorama” meydan sahibi olub və 37:21 hesabı ilə qələbə qazanıb. Eyni məkanda təşkil olunan cavab görüşünə nominal meydan sahibi kimi çıxıb.
“Azəryol” məğlubiyyətin əvəzini çıxmağı bacarıb – 27:23. Lakin iki oyunun yekununa əsasən top fərqi rəqibin xeyrinə olduğundan (60:48), “AEP Panorama” mərhələ adlayıb.
İlk görüşdə komandamızın bombardiri İnarə Yusubova (5), ikinci oyunda Elnarə İbrahimova (14) olub.






