39:21 - Azərbaycan millisi Ermənistanı iri hesabla məğlub etdi

17 İyun 2017 08:24 Həndbol 1 057
39:21 - Azərbaycan millisi Ermənistanı iri hesabla məğlub etdi

Kişi həndbolçulardan ibarət milli Bolqarıstanda Avropanın zəif ölkələri arasında keçirilən "Challenge Trophy" turnirində 9 - 16-cı yerlər uğrunda ilk görüşə çıxıb. Sportinfo.az-ın məlumatına görə, rəqib Ermənistan yığması olub.

Görüş Hikmət Abdullayevin baş məşqçi olduğu komandanın aşkar üstünlüyü şəraitində keçib. İlk yarıdan 21:7 hesablı üstünlüklə ayrılan Azərbaycan millisi yekunda 18 top fərqi ilə qələbə qazanıb - 39:21.

Qalib komandadan ən yaxşı oyunçu adına Maksim Butenko layiq görülüb. Azərbaycan millisi daha 2 rəqiblə görüşdən qalib ayrılsa, turniri 9-cu yerdə başa vuracaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...