Koronavirus millimizi sonuncu olmaqdan xilas etdi

24 İyun 2021 18:00 Həndbol 874
Koronavirus millimizi sonuncu olmaqdan xilas etdi

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən kişi həndbolçular arasında “İHF/EHF Trophy 2021” turniri başa çatıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının son oyun günündəki qarşılaşması baş tutmayıb.

Millimiz qrup sonuncularının iki oyundan ibarət duelində Andorra ilə görüşməli idi. 5-6-cı yerlər uğrunda ilk matç rəqibin heyətində koronaviursa yoluxan həndbolçu olduğundan baş tutmayıb.

Sonuncu yer sahibinin bir oyunda müəyyənləşməsi qərara alınsa da, həmin görüş də keçirilməyib.

Andorralıların heyətində müsbət test verənlərin olması millimizi oynamadan sonunculuqdan qurtarıb. Vidadi Əliyevin yetirmələri turniri 5-ci, Andorra 6-cı yerdə tamamlayıb.

Turnirin qalibi adına finalda Kipri yenən Gürcüstan layiq görülüb. Bu iki komanda ilə yanaşı, Moldovanı yenərək 3-cü olan Bolqarıstan da AVRO-2024-ün seçmə mərhələsinə yüksəlib.

Yığmamız qrupda Gürcüstana 16:36, Moldovaya 16:28 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!