Rəqibin üzvü koronavirusa yoluxdu, millimizin oyunu ləğv olundu

20 İyun 2021 17:00 Həndbol 596
Rəqibin üzvü koronavirusa yoluxdu, millimizin oyunu ləğv olundu

Kişi həndbolçulardan ibarət Azərbaycan yığmasının Andorra ilə oyunu ləğv olunub.

Sportinfo.az xəbər verir ki, “IHF/EHF Trophy 2021” turnirində mübarizə aparan Vidadi Əliyevin yetirmələri cırtdan ölkə təmsilçisi ilə 5-ci yer uğrunda iki matç keçirməli idi.

Lakin bu qarşılaşmalardan biri ləğv edilib. Buna, andorralıların heyətində bir həndbolçununun koronavirusa yoluxması səbəb olub. Komanda isə karantinə alınıb.

Bu üzdən də təşkilatçılar qruplarında sonuncu yeri tutan yığmaların iki matçdan ibarət 5-cilik dueli ilə bağlı dəyişiklik edib.

Qərara alınıb ki, Azərbaycanla Andorra iki deyil, bir görüşdə qüvvəsini sınasın. Dünənki matçın ləğvindən sonra 5-ci yerin taleyinə bu gün aydınlıq gələcək.

Azərbaycan yığması qrupda Gürcüstana 16:36, Moldovaya 16:28 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti