Yığma Bolqarıstana yollanır

8 İyun 2017 14:36 Həndbol 859
Yığma Bolqarıstana yollanır

İyunun 12-dən 18-dək Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların ikinci çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 15 ölkənin qatılacağı turnirdə Bolqarıstanla yanaşı, Azərbaycan, Türkiyə, Albaniya, Andorra, Böyük Britaniya, İrlandiya, Moldova, Malta, Cənubi Kipr, Gürcüstan, Kosta Rika, Farer adaları, Lüksemburq və Ermənistandan olan komandalar yarışacaq.

16-24 yaşarası gənclərin mübarizə apardığı turnir Qabrovo və Tarnova şəhərlərində keçiriləcək. Hər komandanın heyətində böyük yaş qruplarından üç həndbolçu iştirak edə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı