Yığmamızda oynamış Mariya: “Gözəl qızam, niyə də öz bədənimi göstərməyim?”

11 May 2021 13:20 Həndbol 9 949
Yığmamızda oynamış Mariya: “Gözəl qızam, niyə də öz bədənimi göstərməyim?”

“Buna görə qətiyyən utanmıram, şəkillərimi hələ də bəyənirəm”.

Sportinfo.az xəbər verir ki, bu fikirlər həndbol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının sabıq üzvü Mariya Raçitelevaya məxsusdur.

O, Rusiyanın gənclərdən ibarət yığmasının eks oyunçusu sonradan “milliləşdirilərək” komandamıza cəlb olunub.

Cəlbedici bədən quruluşu ilə çoxlarının ağlını başından alan Maşa həyat yoldaşı və yeni dünyaya gələn övladı ilə birgə Los-Ancelesdə yaşayır.

Həştərxanda anadan olan sabiq milli üzvü həndbolun sirlərinə də bu şəhərdə yiyələnib. Eyniadlı klubun heyətində 2015/16 mövsümündə Rusiya çempionu olub.

Raçiteleva söz-söhbətlərə səbəb olan açıq-saşıq şəkilləriylə bağlı danışıb: “Düzdür, bəzi məşqçilər narazı idi, hətta sərt şəkildə danlayanlar da olmuşdu.

Amma bu, onların problemidir. Mənim üçün vacib olan valideynlərimin və Nikolayın bunu normal qarşılaşmasıdır.

Bir həndbolçu kimi yox, məhz həmin fotosessiyaya görə tanındığıma görə də peşman deyiləm. Mən öz səviyyəmi bilirəm. Bilirəm ki, Rusiyanın ən yaxşı həndbolçuları siyahısında olmamışam.

Amma gözəl qız niyə də öz bədənini göstərməsin?! Hələ ki ABŞ-da belə imkan yoxdur. Amma variant ortaya çıxsa, mütləq təkrar edəcəm. Təbii ki, həyat yoldaşım etiraz etməsə”.

Digər Xəbərlər
Xəbər Lenti