"Məğlubiyyətin səbəbini bilmirəm, baş məşqçi ilə danışacağıq"

24 Sentyabr 2023 08:50 Həndbol 1 890
"Məğlubiyyətin səbəbini bilmirəm, baş məşqçi ilə danışacağıq"

"Komanda yeni qurulub, ilk oyunumuz idi.

Gələn qarşılaşmada qələbə üçün əlimizdən gələni edəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu qadınlardan ibarət "Kür" klubunun həndbolçusu Səkinə Musayeva İtaliyanın "Jomi Salerno" komandasına 19:29 hesabı ilə uduzduqları Avropa Kubokunun 1/32 final mərhələsinin ilk matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Kapitan iddialı olduqlarını bildirib:

"Görüşə hazırlıqlarımız yaxşı keçmişdi. Gündə iki dəfə məşq edirdik. Yeni kollektivik. İnanıram ki, daha yaxşı olacaq".

Oyunçu məğlubiyyətin səbəbini bilmədiyini söyləyib: "Baş məşqçi ilə danışacağıq. Ümid edirəm ki, cütün taleyini xeyrimizə həll edəcəyik".

Tərəflər arasındakı cavab oyunu sentyabrın 24-də gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti