1 dəqiqəlik adam - VİDEO

1 Dekabr 2020 20:20 Hadisə 405
1 dəqiqəlik adam - VİDEO

Bundesliqa II-də IX turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” səfər matçına çıxıb.

Autsayderlər zonasında qərarlaşan “Sandhauzen”in qonağı olan adıçəkilən komanda hesabda geri düşməsinə baxmayaraq, hər hissədə 2 qol vuraraq əzmkar qələbə qazanıb – 4:1.

Görüşə yenə ehtiyatdan başlayan Nazarov yalnız 90-cı dəqiqədə meydana daxil olub. Bu qələbə sayəsində xallarının sayını 15-ə çatdıran “Aue” turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti