“Qarabağa muzdlu döyüşçülər göndərirlər” - "Təlxək" Türkiyə ilə Pakistana iftira atdı

26 Oktyabr 2020 23:00 Hadisə 798
“Qarabağa muzdlu döyüşçülər göndərirlər” - "Təlxək" Türkiyə ilə Pakistana iftira atdı

Dağlıq Qarabağda Azərbaycan Ordusu qarşısında ağır məğlubiyyətə uğrayan Ermənistanın Baş naziri Nikol Paşinyan yenə qardaş Türkiyəyə iftira atıb.

Sportinfo.az xəbər verir ki, Paşinyan qonaq olduğu Hindistan kanalında Türkiyənin Qarabağa muzdlu döyüşçülər göndərdiyini iddia edib.

Otuz ildir ki, işğal altda qalan torpaqları üçün mübarizəyə başlayan Azərbaycan Ordusu qarşısında başını itirən Paşinyan, yenə erməni xalqını aldatmaq üçün hərəkətə keçib.

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında atəşkəs elan edilsə də, Ermənistan tərəfi mülki şəxslərin yaşadığı kəndlərə hücum etməkdə davam edir. Canlı yayımda açıqlama verən Paşinyansa erməni tərəfinin atəşkəsi pozmadığını iddia edib.

Hindistan və Pakistan arasındakı qarşıdurmaları bir fürsətə çevirməyə çalışan Paşinyan, Pakistanla bağlı əsassız iddialar irəli sürüb və Pakistanın da Qarabağa muzdlu döyüşçülər göndərdiyini iddia edib.

Redaksiyadan: Azərbaycan prezidenti çox haqlı olaraq bu gün xalq müraciətində yüz kişidən əmələ gələn bu məxluqu "təlxək" adlandırıb.

Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi