Qardaşı ilə mübahisə etdi, 11-ci mərtəbədən düşərək öldü

17 Aprel 2025 10:00 Hadisə 832
Qardaşı ilə mübahisə etdi, 11-ci mərtəbədən düşərək öldü

Çinin “Çşeçzyan” klubunda çıxış edən qabonlu hücumçu Aron Bupendza faciəvi şəkildə vəfat edib.

Sportinfo.az xəbər verir ki, o, 11-ci mərtəbədən yıxılaraq ölüb.

Bu barədə Çin klubunun rəsmi saytı məlumat yayıb. Hadisə bu gün baş verib.

Çin mətbuatının yazdığına görə, o, ölmədən bir neçə dəqiqə əvvəl qardaşı ilə mübahisə edib. Bundan sonra isə 11-ci mərtəbədən düşərək həyatını itirib.
Hadisənin cinayət olması da istisna edilmir.

Aron Bupendza daha çox Türkiyədə “Hatayspor”da çıxışı ilə məşhur idi.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi