Sədr müavini olan tanınmış futbol adamı Şərura niyə gedib?

23 May 2024 16:40 Hadisə 1 102
Sədr müavini olan tanınmış futbol adamı Şərura niyə gedib?

Beynəlxalq dərəcəli futbol hakimi Rauf Cabbarov həm də ölkəmizdə fəaliyyət göstərən tanınmış təşkilatın rəhbər şəxslərindəndir

Təcrübəli referi Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavini vəzifəsini icra edir.

Cabbarovun çalışdığı təşkilat texnologiya sahəsinin inkişafı yönündə dövlət və özəl qurumlarla, eləcə də ali məktəblərlə əməkdaşlıq edir.

Növbəti belə tədbirlərdən biri Şərur İdman Kompleksində keçirilir. “Kiber Butkamp” adlı təlimdə Rauf Cabbarov təlimçi olaraq bu sahə haqda bilik və təcrübəsini bölüşəcək, lazım olan tövsiyələri verəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”