Avropa çempionu nazirlə görüşdə niyə iştirak etməyib?

22 May 2024 21:20 Hadisə 1 289
Avropa çempionu nazirlə görüşdə niyə iştirak etməyib?

Minifutbol üzrə Azərbaycan milli komandasının üzvləri təltif olunub.

Avropa çempionu olmuş futbolçulara "Əməkdar idman ustası" fəxri adı verilib.

Təltifetmə mərasimi 2025-ci ildə Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə bağlı tədbirdə baş tutub.

İdmançılara medalları və vəsiqələri gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.

Təltif olunan idmançılar arasında Bəxtiyar Soltanovun olmaması diqqətdən qaçmayıb.

Axı Bəxtiyar da Slovakiyada keçirilən Avropa Çempionatında iştirak etmiş və turnirin ən yaxşı oyunçusu seçilmişdi.

Əldə etdiyimiz məlumata görə, o da layiq olduğu fəxri ada layiq görülüb.

34 yaşlı futbolçunun tədbirdə yoxluğu isə üzrlü səbəbdən imiş.

Belə ki, Soltanov həm də İkinci Liqada mübarizə aparan “Baku Sportinq”in şərəfini qoruyur.

Adıçəkilən komanda son turda “Şəfa”nı 4:0 məğlub etdikləri oyundan sonra çempionluq mərasimi düzənləndiyi üçün Bəxtiyar nazirlə görüşdə iştirakdan məhrum olub.

Amma ən qısa zamanda qiymətli mükafatına qovuşacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”