COP29

"İki dəfə dala-qabağa qaçandan sonra xahiş etdim ki, məni düzgün başa düş”

22 May 14:00 Hadisə 1 086
"İki dəfə dala-qabağa qaçandan sonra xahiş etdim ki, məni düzgün başa düş”

Hazırda “Sabah”ın U-15 komandasında məşqçi işləyən, eyni zamanda II Liqada “Kür-Araz”ın formasını geyinən Cavid İmamverdiyev minifutbol çempionatında da top dalınca qaça bilərmiş.

Yayda ona bununla bağlı təklif olub. Vəziyyətlə yerində tanış olandan sonra başını götürüb qaçıb.

Ötənlərin tanınmış futbolçusu Sportinfo.az-a maraqlı olay barədə danışıb:

“Futbol veteranlarından formalaşan “İnter” adlı minifutbol komandasında mənim də adım var idi. Əfran İsmayılov sağ olsun, dəvət etmişdi.

Gedib gördüm ki, orada irəli-geri qaçmaq məsələsi var. Gənc yaşlarımda belə, qaçmaqla aram yox idi.

İki dəfə dala-qabağa qaçandan sonra Əfrandan xahiş etdim ki, məni düzgün başa düş, mənlik deyil.

Əslində, minifutbol texniki bacarıq olaraq əsl mənə görədir. Amma qaçmaq, işləmək lazımdır. Fiziki güc mütləqdir”.

33 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Neftçi”, “Karvan”, “Sumqayıt”, “Sabah” kimi yerli komandaların şərəfini qoruyub, “Elazığspor”da legioner həyatı yaşayıb.

Azərbaycan millisində 8 oyunda 1 qola imzasını yazdırmağa da imkan tapan İmamverdiyev, 3 dəfə ölkə çempionu, 1 dəfə ölkə kubokunun qalibi adını qazanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!