COP29

“Qorxduğum başıma gəldi” – Finalda uduzan adam

18 May 21:20 Hadisə 1 554
“Qorxduğum başıma gəldi” – Finalda uduzan adam

“Bu, həvəskar liqa olsa da, iki komanda çempionata peşəkar səviyyədə yanaşır. Biri “Birbaşa”dır, o biri “Zirə”.

Azərbaycan minifutbol çempionatının final qarşılaşmasında “Birbaşa”ya məğlub olan “Aznur”un baş məşqçisi Rəcəb Fərəczadə məğlubiyyətlə bağlı fikirlərini Sportinfo.az-la Abölüşüb.

Həlledici görüşdə “Aznur” hesabı açsa da, qapıçının zədələnməsindən sonra “çərçivə”yə sahə oyunçusunun keçməsi ilə 5 top buraxaraq uduzdu.

Ölkəmizin futzal üzrə millimizin sabiq üzvü 2:5 hesablı yenilgidə maliyyə imkanlarının və qapıçısız qalmağın həlledici rol oynadığını bildirib:

“Birbaşa”nın məşqçilər heyətini gördünüz yəqin. Baş məşqçi, fiziki hazırlıq üzrə məşqçi, qapıçılarla işləyən məşqçiləri var.

Mən isə əks tərəfdə tək oturmuşdum. Maliyyə imkanları çox vacibdir.

Rəqibin gücünü nəzərə alıb “iki nömrə” ilə oynamağa çalışırdıq. Uşaqlara demişdim ki, müdafiədə diqqətli oynasaq, 2-3 real qol şansımız olacaq.

Hesabı açmağımıza rəğmən, ilk hissədə “Birbaşa”ya real qol imkanı vermədik. Birinci qolu qapıçımız zədəli olan anda buraxdıq və dərhal onu əvəzlədik.

Əsas qapıçımız bir neçə gün əvvəl təcili əməliyyat olunmuşdu deyə, oyuna bir qapıçı ilə çıxmışdıq. Fikirləşirdim ki, qapıçımıza bir şey olmasın.

Qorxduğum başıma gəldi. Komanda sağ olsun, mövsümboyu çox yaxşı oynadı.

İstər oyun planında olsun, istərsə də nizam-intizam məsələsində məni razı saldılar. Finalda qapıçımız zədələnməsəydi, gedişat fərqli ola bilərdi”.

HƏBİB

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"