Yığmamızla matçda forma geynəcək - "Real"ın ulduzu

30 Sentyabr 2023 12:40 Hadisə 688
Yığmamızla matçda forma geynəcək - "Real"ın ulduzu

Avstriya yığmasının və "Real"ın zədəli futbolçusu David Alabanın durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançeloti 31 yaşlı müdafiəçinin durumunun ciddi olmadığını açıqlayıb.

Mütəxəssis Alabanın bu gün "Jirona" ilə oyunu buraxacağını söyləsə də, onun növbəti həftə Çempionlar Liqasında "Napoli" ilə görüşdə meydana çıxmaq ehtimalının olduğunu vurğulayıb.

Beləliklə, Avtriya millisinin kapitanı Belçika və Azərbaycan yığmalarına qarşı AVRO-2024-ün seçmə matçlarında oynaya biləcək.

Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Avstriya qarşılaşması saat 20:00-da başlayacaq. David Alaba La Liqanın VII turunda "Las Palmas"la görüşdə zədələnib.

Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi