"Paşinyan bütün qərarları təkbaşına alır - Qaçmaq mümkün olmasa..."

25 May 2023 16:30 Hadisə 468
"Paşinyan bütün qərarları təkbaşına alır - Qaçmaq mümkün olmasa..."

“Özünü demokratiyanın atası elan edən Nikol Paşinyan öz komandası daxilində “37-lik” ab-havasını yaradıb – partiya yoldaşlarına göstərişlər verir, hansı qərar alacağını özü müəyyənləşdirir”.

Bu barədə yerli “Hraparak” qəzeti yazıb.

“Dünən “Vətəndaş sazişi” partiyasının fraksiya iclasında deputatlara jurnalistlərdən mümkün qədər uzaq durmaqla bağlı ciddi tapşırıqlar verilib. Paşinyana görə, indi həssas zamanlardır, istənilən ehtiyatsız söz etirazları alovlandıra bilər. Qaçmaq mümkün olmasa, xüsusən iki mövzuda deputat hansı cavabları verəcəyini bilməlidir.

Bunlardan biri, Aşot Paşinyanın “oğurlanması” ilə bağlıdır. İclasda fraksiya rəhbəri Koncoryan müəllim vəzifəsini üzərinə götürərək deputatlara bildirib ki, bu mövzuda veriləcək suala bu cür cavab vermələrini istəyib: “Bununla hüquq məşğul olacaq, cinayətin olub-olmadığına hüquq-mühafizə orqanlarının əməkdaşları qərar verəcəklər”.

İkincisi, Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransında səsləndirdiyi bəyanatlar, xüsusən də Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması məsələsidir. Burada deputatlara baş nazirin fikirlərini bölüşdüklərini söyləmək tapşırılıb.

Dünən ilk olaraq Ermənistan parlamentinin spikeri Alen Simonyan dərsini yaxşı öyrəndiyini nümayiş etdirdi. Bəzi müxalifət deputatları tribunadan Paşinyanın bəyanatlarını pisləyəndə və Qarabağla bağlı təcili müzakirəyə başlamağı tələb etdikdə, o, qeyri-adi soyuqqanlılıqla baş nazirin bəyanatlarını tamamilə bölüşdüyünü deyib, daha sonra isə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib”,-deyə məqalədə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu