Nazir kimi direktor gətirir? - Kazbek Tuayevin yerinə

27 Mart 2023 16:00 Hadisə 1 240
Nazir kimi direktor gətirir? - Kazbek Tuayevin yerinə

Xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev əsas iş yerindən uzaqlaşdırılıb.

30 ildən artıqdır ixtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin direktoru postunu tutan Tuayev gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə vəzifəsindən kənarlaşdırılıb.

Struktur və kadr islahatı aparan nazir burada yaş senzini əsas götürüb. «Neftçi»nin 82 yaşlı sabiq baş məşqçisi təqaüdə göndərilib.

Onun yerinə kimin gətiriləcəyi də məlumdur.

Naxçıvan Futbol Federasiyasının və «Araz Naxçıvan»ın uşaq akademiyasının baş koordinatoru Adil Şükürovun burada işə başlaması demək olar dəqiqləşib.

Yeni direktorun köməkçisinin də adı məlumdur. Bu, «Zirə»dən tanıdığımız Kamen Vasilyevdir.

Gənclər və idman naziri Fərid Qayıbovun müavini Mariana Vasilyevanın həyat yoldaşı artıq buradakı fəaliyyətini dayandırıb.

2015-ci ildən bəri qəsəbə klubunda çalışan, bu müddətdə müxtəlif vəzifələr tutan bolqarıstanlı buradan problemsiz ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti