Rövnəq Abdullayev gəldi, “başlayın” dedi, sonra da... FOTOREPORTAJ

6 Dekabr 2022 22:20 Hadisə 669
Rövnəq Abdullayev gəldi, “başlayın” dedi, sonra da... FOTOREPORTAJ

AFFA-nın təsis olunmasının 30 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Dalğa Arena”da yoldaşlıq oyunu təşkil olunub.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanan matçda qurumun, Peşəkar Futbol Liqasının əməkdaşlarından və Azərbaycan milli komandalarının məşqçilərindən ibarət komanda ilə Premyer Liqada çıxış edən klubların əməkdaşlarından və məşqçilərindən təşkil olunmuş kollektiv üz-üzə gəlib.

Hər iki komandanın üzvlərini yubiley münasibətilə təbrik edən, xatirə şəkli çəkdirən AFFA-nın prezidenti Rövnəq Abdullayev veteran futbolçular Kazbek Tuayev və Çingiz İsmayılovla birlikdə simvolik olaraq topa ilk toxunuşu ediblər.

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 5:5 hesabı ilə başa çatıb.

AFFA-nın heyətində İlqar Qurbanov (2), Arif Əsədov, Fərrux İsmayılov və Zaur-Hacı Məhərrəmov fərqlənib. Klubların qolların isə Xaqani Məmmədov (4) və Zaur Tağızadə vurub.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?