"Qarabağ"a qalib gəlməyi bacara bilərik" - "Olimpiakos"un baş məşqçisi

5 Oktyabr 2022 18:50 Hadisə 994
"Qarabağ"a qalib gəlməyi bacara bilərik" - "Olimpiakos"un baş məşqçisi

"Qarabağ"a qalib gəlmək istəyirik. Bunu bacara bilərik".

Sportinfo.az xəbər verir ki, bunu "Olimpiakos"un baş məşqçisi Miçel Qonsales Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, 3 xal qazanmaqdan başqa düşüncələri yoxdur:

"Hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Mənim oyun fəlsəfəm ancaq qələbəyə hesablanıb. İlk addımı atmalıyıq".

59 yaşlı baş məşqçi "Qarabağ"ın çox yaxşı komanda olduğunu bildirib:

"Bəzi top komandalarla oyunlarda gözəl qələbələr qazanıb. İllərdir avrokubokların qrup mərhələsində çıxış edir. Rəqibə hörmətlə yanaşırıq".

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti