Millinin futbolçusuna banan atdılar – “Bunu görmək ayıbdır”

29 Sentyabr 2022 01:40 Hadisə 675
Millinin futbolçusuna banan atdılar – “Bunu görmək ayıbdır”

“Çelsi”nin və Braziliya millisinin müdafiəçisi Tyaqo Silva Tunis yığması ilə yoldaşlıq görüşündə (5:1) azarkeşlərin irqçi davranışını pisləyib.

Sportinfo.az xəbər verir ki, “Park de Prens” stadionunda keçirilən oyun zamanı braziliyalı futbolçu Riçarlisona tribunadan banan atılıb.

Bu, futbolçu millisinin ikinci qolunu qeyd edərkən baş verib.

“Bunu görmək ayıbdır və çətindir. Televiziya ekranlarında irqçiliyə qarşı hazırlanmış reklamlar göstəriblər, bilmirəm. Amma belə hallar davam edir.

Təəssüf ki, biz insanların mentalitetində heç nəyi dəyişə bilmirik. Ümid edirəm ki, ictimaiyyət bunun qəbuledilməz və keçmişdə qalmalı olduğunu anlayacaq. Biz dəyişməliyik” – Silva “Le Parisye”nə açıqlamasında deyib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var