Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələdi - VİDEO

26 Sentyabr 2022 13:30 Hadisə 718
Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələdi - VİDEO

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlıqda atışma baş verib.

Naməlum şəxs komissarlıqda atəş açmağa başlayıb.

Nəticədə hərbi komissar və çağırış komissiyasının rəisi yaralanıb.

Atəş açan şəxs isə saxlanılıb. Daha sonradan həmin şəxsin 1997-ci il təvəllüdlü yerli sakin Ruslan Zinin olduğu və səfərbərliyə cəlb olunduğu məlum olub.

Bildirilir ki, Zinin atəş açmazdan əvvəl “Heç kim döyüşməyəcək. İndi hamımız evə gedəcəyik” deyə bağırıb. Bununla belə, onun bu sözləri videoya düşməyib. İnsidentlə bağlı hələ ki rəsmi məlumat verilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!