
"Ural"ın yeni baş məşqçisi açıqlanıb.
Sportinfo.az Rusiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Viktor Qonçarenko Premyer Liqa təmsilçisinin sükanı arxasına keçib.
45 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları hələlik bəlli deyil.
Viktor Qonçarenko mövsümün əvvəlində "Neftçi"də baş məşqçi postuna namizəd olub. Lakin "ağ-qaralar"ın irəli sürdüyü şərtlər belaruslu çalışdırıcını qane etməyib.
20 milyon manatlıq büdcə istəyən mütəxəssis transfer əməliyyatlarının onun iştirakı olmadan aparılmasına da razılşamayıb.
Və belədə bakılılar Laurentsiu Regekampf ilə 2 illik müqavilə bağlayıb.