“Möhtəşəm idilər, həqiqətən ilk gündən o sevgini göstərdilər”

5 İyul 2022 14:00 Hadisə 780
“Möhtəşəm idilər, həqiqətən ilk gündən o sevgini göstərdilər”

“Elə ilk məşqdə gördüm ki, tovuzlu azarkeşlər komanda və Premyer Liqa üçün nə qədər darıxıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Doğma stadionunda gedən təmir işləri ilə əlaqədar olaraq təlim-məşq toplanışının ilk 2 mərhələsini Bakıda həyata keçirən “Turan Tovuz” Tovuza qayıdıb və burada ilk məşqinə çıxıb.

Azarkeşlərin də hazırlıq prosesini izləməsinə şərait yaradılıb.

Təbii, onlar da stadiona əliboş gəlməyib. Fanatlar “Turan”ın 9 illik fasilədən sonra Premyer Liqaya qayıtması münasibətilə futbolçuların ayaqları altında qurban kəsib.

Trubunaya topalaşan yüzlərlə tərəfdar arenanı bayram yerinə döndərib. A.Abbasova böyük dəstək nümayiş etdirən azarkeşlər müxtəlif şüarlar səsləndirib, rəngli fişənglər yandırıblar.

Abbasov fanatların bu isti münasibətindən təsirləndiyini bildirib:

“Hamısı hazırlıq gəlmişdi. Möhtəşəm idilər. Həqiqətən futbolçulara ilk gündən o sevgini göstərdilər.

Yeni meydança da xoşumuza gəldi. Qazon süni olsa da, keyfiyyətlidir.

Məşqlərimiz qaydasında gedir. Klub rəhbərliyi futbolçuların rahatlığı üçün əlindən gələni edir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı