Pikedən ayrılan Şakira qorxulu mesajlar aldı - FOTOLAR

23 İyun 2022 02:30 Hadisə 890
Pikedən ayrılan Şakira qorxulu mesajlar aldı - FOTOLAR

“Barselona”nın futbolçusu Pikedən ayrılan Şakira bu günlər həyatının narahat anlarından birini yaşayıb.

Sportinfo.az xəbər verir ki, buna naməlum şəxsin kolumbiyalı müğənninin Barselonadakı evinin qarşısında spreylə yazdığı sözlər səbəb olub.

Yaşıl hərflərlə üç fərqli qorxuducu mesajda bu sözlər yer alıb: “Sənin üçün gəlirəm, sevgilim", “Səni sevirəm, gözəl qadınım”, “İndi səninlə evlənməyə və səni dəstəkləməyə hazıram”.

Səhər erkən bu yazıları oxuduqdan dərhal sonra Şakira polisə müraciət edib. Hazırda həmin şəxsin axtarışı davam edir.

İddialara görə, Pike ilə ayrılandan sonra müğənniyə bu tipli mesajlar çox gəldiyindən o, ciddi şəkildə narahat olmağa başlayıb. Bu səbəbdən Şakira İspaniyanı tərk edərək Mayamiyə köçmək haqda düşünür.

Şakira ilə Pikenin iki oğlu var (9 və 6 yaşında).



Digər Xəbərlər
Xəbər Lenti
30 May 03:00 Bunlar da boşandılar