UEFA avrokuboklardan kənarda qalan Azərbaycan klublarına pul paylayacaq

23 Sentyabr 2021 19:20 Hadisə 711
UEFA avrokuboklardan kənarda qalan Azərbaycan klublarına pul paylayacaq

UEFA avrokuboklar üçün yeni həmrəylik ödənişi modelini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin (İK) Moldovanın paytaxtı Kişineuda keçirilmiş iclasında qəbul olunub.

Bundan sonra UEFA-nın bayrağı altındakı yarışlarda iştirak edə bilməyən daha çox kluba vəsait ayrılacaq.

Həmrəylik ödənişi ilə bağlı əsas dəyişikliklər aşağıdakı kimidir:

"Böyük beşliy"ə daxil olmayan bütün ölkələrin milli assosiasiyalarının payının artırılması, İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa üçün ödənişlərin məhdudlaşdırılması

UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil olunan və olunmayan assosiasiyalar arasındakı uçurumun aradan qaldırılması

Bazar paylarının azaldılması və bölgünün tanınan idman prinsipləri əsasında ədalətli aparılması

Dəyişikliyə əsasən, avrokubok iştirakçısı olmayan klublar üçün nəzərdə tutulmuş 140 milyon avroluq həmrəylik ödənişinə turnirlərdən əldə olunmuş ümumi gəlirin maksimum 30 faizi qədər (35 milyon avro) əlavə ediləcək.

Nəticə etibarilə, 2018 - 2021-ci illərlə müqayisədə klublar üçün həmrəylik ödənişi 175 milyon avro təşkil edəcək.

İlk "beşliy"ə daxil olmayan assosiasiyalar üçün ayrılan vəsait 132,5 milyon avroya yüksələcək. Bu, əvvəlki ilə müqayisədə təxminən 50 milyon avro - 60% -dən çox artım deməkdir.

Digər Xəbərlər
Xəbər Lenti