Yeni idman naziri məşhur idmançı ilə görüşdü

23 Sentyabr 2021 01:10 Hadisə 667
Yeni idman naziri məşhur idmançı ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov MMA döyüşçüsü Nəriman Abbasovla görüşüb.

Sportinfo.az xəbər verir ki, görüşdə idmançımızın tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnir çərçivəsində rusiyalı Şamil Zavurovla keçirdiyi döyüş barədə fikir mübadiləsi aparılıb.

Nazir Rusiyanın paytaxtı Moskvada keçirilən görüşdə birinci raundda nokautla qalib gələrək yüngül çəkidə çempion titulunu qoruyan 27 yaşlı idmançımızı təbrik edib, ona gələcək döyüşlərində uğurlar arzulayıb.

F.Qayıbov 27 yaşlı idmançını təbrik edib və ona bundan sonrakı yarışlarda da qələbələr arzulayıb.

Abbasov "AMC Fight Nights" turnirində rusiyalı Şamil Zavurovu məğlub edərək növbəti dəfə öz titulunu qoruyub. İndiyədək 30 döyüş keçirən idmançı bunlardan 27-də qalib gəlib.

27 yaşlı "Qəbələ"li yüngül çəkidə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşıb.

Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində baş tutan döyüş Abbasovun inamlı qələbəsi ilə başa çatıb.

O, ilk raunddaca rəqibinə nokautla qalib gəlib. Bu, Həbib Nurməhəmmədovun yeznəsi olan Zavurovun vida görüşü olub.

Nurməhəmmədov Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib.

Şamil Zavurov MMA-da indiyədək 47 döyüş keçirib və bunlardan 40-da qalib gəlib. Nəriman Abbasov isə 11 döyüşdür uduzmur.

O, hazırda yüngül çəkidə Rusiyanın “AMC Fight Nights” təşkilatına məxsus kəmərin sahibidir. Abbasov bu kəməri iki dəfə uğurla müdafiə edib. Azərbaycanlı idmançı 30-cu döyüşündə 27-ci qələbəsini qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu