Bu rayonda elə bir futbol hadisəsi baş verdi… 2 VİDEO+FOTOLAR

28 İyul 2021 11:20 Hadisə 900
Bu rayonda elə bir futbol hadisəsi baş verdi… 2 VİDEO+FOTOLAR

Yevlaxda Vətən Muharibəsi şəhidlərinin xatirəsinə və "26 iyul Gənclər və İdman Nazirliyinin yaranması"nın 27-ci ildönümü münasibəti ilə futbol üzrə gənclər arasında açıq rayon turnirinin final oyunu keçirilib.

Həlledici qarşılaşma «Aşağı Qarxun» - «Yevlax 66» komandaları arasında baş tutub.

Birincilər penaltilər seriyasında rəqibini üstələyib. Üçüncü yeri «Xan» tutub. Turnirin qalibləri Yevlax şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok ve Fəxri Fərmanlarla təltif olunub.

Yevlax şəhər stadionunda keçirilən qarşılaşma böyük azarkeş marağı görüb. Arenaya kifayət qədər fanat axışıb.

İllər əvvəl fəaliyyətini dayandıran «Karvan»ın xiffətini çəkən yerli futbolsevərlər burada əsl bayram əhval-ruhiyyəsi yaradıb və Premyer Liqa klublarına əsl gözdağı verib.

Sportinfo.az həmin görüntüləri təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti